Daş Salnamə Muzeyi
İyunun 10-da Ümumdünya Ətraf Mühit Günü münasibəti ilə İsveçin ölkəmizdəki səfirliyi “Azərxalça” ASC və Daş Salnamə Muzeyi ilə birlikdə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılışını keçirib.
Tədbirdə çıxış edən “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov ölkəmizdə xalçaçılığa olan marağın artdığını söyləyib. Bildirib ki, “Azərxalça” ASC-nin Azərbaycan üzrə fəaliyyət göstərən 21 emalatxanasında 1300-dən çox toxucu çalışır. Vurğulayıb ki, Azərbaycan xalçası bizim mədəniyyətimiz, tariximiz və gələcəyimizdir. Buna görə də “Azərxalça” ASC gənc və istedadlı rəssamlarla əlaqələr qurur və yeni çeşnilərin yaradılması istiqamətində işlər görür.