məlumat yüklənir
“Azərxalça” məhsullarını Rusiyada nümayiş etdirib
“Azərxalça” ASC məhsullarını Rusiyanın paytaxtı Moskvada təşkil olunmuş Azərbaycan gecəsində təqdim edib.
https://azerxalca.az/storage/projects/January2022/kF3bN3V6FXxpAMY0zI3p.jpg
https://azerxalca.az/storage/projects/January2022/5I44SRDciWVLraccmYTy.jpg

Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da baş tutmuş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır.

Gecəni giriş sözü ilə P.Bülbüloğlu açıq elan edib, hər kəsi salamlayıb. E.Məmmədov isə tədbir iştirakçılarının Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça”nın bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu, dizeynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb. Daha sonra çıxış edən “ELLE Decoration” jurnalının baş redakoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan xüsusi marağı xüsusi qeyd edib.

Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib. Daha ətraflı...

https://azerxalca.az/storage/projects/January2022/T4ucaqUKmsYnqxGdc9f2.jpg
https://azerxalca.az/storage/projects/January2022/6QJfvJfTeXdcfkZ2LOxw.jpg